Ceyhun Nuriyev: Komanda olaraq sabahkı görüşə köklənmişik

05.02.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Hər mövsüm olduğu kimi bu dəfə də ölkə kubokunu qazanmaq hədəflərimizdən biridir". Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin futbolçusu Ceyhun Nuriyev deyib.

23 yaşlı yarımmüdafiəçi titula sahib çıxmaq üçün sonadək mübarizə aparacaqlarını bildirib. O, "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin matçı ilə bağlı danışıb:

"Bu rəqiblə oyunlarımız həmişə ağır keçir. Artıq çempionatda qalib gəldiyimiz son matçı unutmuşuq. Komanda olaraq sabahkı görüşə köklənmişik".

Nuriyev Premyer Liqanın XXI turunda "Neftçi"yə qarşı keçirəcəkləri oyuna da toxunub: "Hər nə olsa da, hazırkı durumundan asılı olmaraq rəqib "Neftçi"dir. Təhlükəli və güclü futbolçuları var. Bu qarşılaşma da ağır və maraqlı olacaq".

Qeyd edək ki, fevralın 6-da təşkil olunacaq "Araz-Naxçıvan" - "Zirə" matçı saat 16:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью