Ceyhun Nuriyev: Kuboku götürməyə gücümüz yetir İdman və Biz

02.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Zirə"nin futbolçusu Ceyhun Nuriyev Sport24.az-a müsahibə verib.

İdman.biz xəbər verir ki, o, komandasının son oyunlarda qeyri-sabit çıxış etməsindən danışıb.

- Ardıcıl üç məğlubiyyətdən sonra qələbə qazandınız. Əvvəlki matçlarda edə bilməyib, "Sumqayıt"la oyunda etdiyiniz nə oldu ki, qalib gəldiz?

- Hər matçda qələbə üçün əlimizdən gələni edirdik. Ancaq bu oyun daha istəkli idik və rəqibi hər komponentdə üstələdik. Məhz ona görə də layiqlı qələbə qazandıq.

- Bu mövsüm "Zirə" özünə bənzəmir. Qeyri-sabit çıxışın səbəbini nədə görürsüz?

- ⁠Mövsümə çox yaxşı başlamışdıq. Belə enişli çıxışlar olur. Eyni istəyi göstərib nəticələrimizi stabilləşdirməliyik.

- Üçüncü sıradakı "Turan Tovuz"la xal fərqi 4-ə düşdü. Qış fasiləsinə qədər bunu aradan qaldırmaq mümkün olacaq?

- ⁠Mümkündür. Turnir cədvəlinə çox fikir vermirəm. Sadəcə qarşıdakı oyunlarda maksimum xal toplamağa çalışırıq.

- Qarşıdan sıx qrafik gəlir. Həm kubokda, həm də çempionatda çətin oyunlarınız olacaq. Özünüzü hazır görürsünüz?

- ⁠Sıx qrafikə öyrəşmişik. Avrokubok zamanı da sıx qrafikdə oynayırdıq və nəticələrimiz yaxşı idi.

- "Zirə" son illərdə kubokda inamlı çıxışı ilə diqqət çəkir. Bu il çempionluq mümkün olacaq?

- ⁠Bu il buna inanırıq. Son finalçı kimi artıq Azərbaycan Kubokunu qazanmağa gücümüz yetir.

- Kubokda "Şamaxı" ilə oyun var. Hədəf nədir?

- Çətin oyun bizi gözləyir. Hədəf qalib gəlib, finala qədər getməkdir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью