Ceyhun Nuriyev: Yoldaşlıq oyunu olmağı bizə fərq etmir

24.05.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Milli komandada oynamaq mənim üçün ən qürurverici anlardan biridir". Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin futbolçusu Ceyhun Nuriyev deyib.
O, Azərbaycan yığmasına dəvət alması ilə bağlı fikirlərini bölüşüb:
"Çağırıldığım üçün çox sevincliyəm. Hər bir əsl azərbaycanlı kimi burada olmaqdan və oynamaqdan qürur duyuram. Qarşıda bizi 2 ağır sınaq gözləyir. Yoldaşlıq oyunu olmağı bizə fərq etmir. Var gücümüzü qoyacıyıq meydanda. İnşallah, bizə yaraşan nəticəni əldə edərik"
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də səfərdə Latviya, üç gün Bakıda Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью