Ceyhun Sultanov klub prezidenti olacaqmı? Açıqlama

21.04.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama

"Araz-Naxçıvan"ın sahibi Zaur Axundov klubun idman direktoru Ceyhun Sultanovun Naxçıvan təmsilçisinin yeni prezidenti olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, QOL.az-a müsahibəsində bu məsələ ilə bağlı hələlik gözləmə mövqeyində olduqlarını deyib:

"Bəli, mənim belə bir qərarım var idi. Lakin indiki məqamda gözləmə mövqeyindəyəm. Klubun gələcək taleyi ilə bağlı Naxçıvan rəhbərliyi ilə də, AFFA rəhbərliyi ilə də söhbətimiz olacaq. Dediyim kimi, mən tək qalmışam və belədə “Araz-Naxçıvan”ın iddialı olması bir qədər çətindir".

Qeyd edək ki, Ceyhun Sultanov daha əvvəl "Sumqayıt" və "Neftçi"nin idman direkotru vəzifəsində çalışıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью