Ceyhun Sultanov: Məğlub olsaq belə, normal qarşılamaq lazımdır

21.03.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Millimizin Belarusiya və Haiti yığması ilə oyunlarından gözləntilərim qələbə olmayacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.

Tanınmış menecer millimizə çağırılan gənc futbolçuların yoxlanılmasını vacib hesab edir:

"Yığılan heyətdə gənc futbolçular var. Onları yoxlamaq lazımdır. Düşünürəm ki, məğlub olsaq belə, normal qarşılamaq lazımdır. Əsas odur çağırılan futbolçulara şans vermək lazımdır. Oyunçuların potensialı milli komandaya uyğundur ya yox. Bunu görmək lazımdır".

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, üç gün sonra Belarusla üz-üzə gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью