Ceyhun Sultanov: Nə olur olsun, qalib gəlməliyik

14.11.2024

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan millisi UEFA Millətlər Liqasının V turunda Estoniya ilə qarşılaşacaq. Noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək görüşə saat 18:00-da start veriləcək. Futbol mütəxəssisi Ceyhun Sultanov Sport24.az-a açıqlamasında matçdan gözləntilərini bölüşüb:

"İnkişafdan danışırıqsaq, Estoniyanı məğlub etməliyik. Rəqib bizdən hər bir baxımdan aşağı səviyyədədir. Nə olur olsun, qalib gəlməliyik. Uduzsaq, D Liqasına düşə bilərik. Estoniya kimi rəqiblər bizi məğlub etməli deyillər. Biz qrupdan çıxmaq barəsində düşünməliyik. Milli komandamıza uğurlar arzu edirəm. Qələbə qazanacaqlarına inanıram". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью