Ceyhun Sultanov: Neftçi nin kuboku götürmək potensialı var

03.03.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Kubok oyunları çempionatdan fərqlənir. Bu yarışın özanəxas ab-havası var". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.

Veteran futbolçunun görə, yarımfinala vəsiqə qazanan "Neftçi" bu mövsüm Azərbaycan Kubokunu qazana bilər:
"Neftçi"nin kuboku götürmək potensialı var. Futbolda hər şey ola bilər. İngiltərədə 3-cü liqa klubu bunu bacarır. "Neftçi" o durumda deyil ki, onu siyahıdan siləsən. Təbii ki, bəxt amili də öz rolunu oynaya bilər".

Qeyd edək ki, paytaxt təmsilçisi ölkə kubokunun 1/4 final mərhələsində "Kəpəz"i mübarizədən kənarlaşdırıb. "Ağ-qaralar" yarımfinalda "Sabah"la qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью