Ceyhun Sultanov: Premyer Liqanın seçilən komandası “Qarabağ”dı

02.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Bu turda sürpriz nəticə qeydə alınmadı. "Neftçi" – "Qarabağ" oyununda hesab oyuna görə oldu. Ağdamlılar üstün futbol oynadı". 

Bunu Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.

O, Misli Premyer Liqasının XV turunda baş tutan qarşılaşmaları şərh edib:

"Zirə" – "Sumqayıt" oyunundakı nəticə qəribə oldu. Düzdür, "Zirə" –"Sumqayıt"dan üstün idi. Sadəcə 4:1 hesabı sürpriz idi. "Şamaxı" – "Kəpəz" matçında bir qolu kim vursaydı, o da qalib gələcəkdi. Elə də oldu. Bütün nəticələr gözlənilən idi. Çempionatın sonuna çox var. Mübarizə davam edir. Premyer Liqanın seçilən komandası "Qarabağ"dı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью