Ceyhun Sultanov: Rəhbərlik artıq inidən yeni mövsümü fikirləşməlidir

27.01.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Neftçi"nin uğursuz çıxışı futbolçularla bağlıdır". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.

Paytaxt təmsilçisiniun sabiq idman direktoru "ağ-qaralar"ın artıq növbəti mövsümü düşünməli olduğunu da vurğulayıb: 

"Məncə, komandaya yeni futbolçular lazımdı. Belə deyək, yeni komanda qurulmalıdır. Klubun strategiyasına uyğun kollektiv formalaşdılmalıdır. Rəhbərlik artıq inidən yeni mövsümü fikirləşməlidir". 

Qeyd edək ki, ötən gün Premyer Liqanın XX turu çərçivəsində "Neftçi" "Araz Naxçıvan"a məğlub olub (1:2).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью