Ceyhun Sultanov: Santuşun qalmağındansa, getməyi məsləhətdir İdman və Biz

06.12.2024

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Millimizin baş məşqçisi Fernandu Santuşun postundan gedəcəyi ilə bağlı məlumatlar gəzir.

İdman.biz xəbər verir ki, məsələ ilə bağlı Ceyhun Sultanov Sport24.az saytına açıqlama verib.

O, Fernandu Santuşun getməsinin daha doğru olmasını bildirib: "Fernandu Santuşun qalmağındansa, getməyi məsləhətdir. Biz Millətlər Liqasında gördük ki, millimizə kömək edəcək baş məşqçi deyil. Bu, mənim şəxsi fikirimdir. Kimlərsə başqa cürə başa düşə bilər. Onun yerinə yerli mütəxəssis olsa, daha yaxşı olar".

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью