Ceykob Elordinin eşq tarixçəsi

08.09.2026

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

29 yaşlı aktyor Ceykob Elordi 2018-ci ildə yayımlanan “Netflix”in “The Kissing Booth” filminə çəkildikdən sonra qısa müddətdə böyük şöhrət qazandı.

OLAY yazır ki, bundan sonra Ceykob HBO-nun ən populyar seriallarından biri olan “Eyforiya”da rol alaraq internetin yeni sevimlisinə çevrildi.

Onun Kendall Jennerlə münasibətdə olması ilə bağlı xəbərlərin fonunda Ceykobun münasibətlər tarixçəsini xatırlayaq:
5) Coi Kinq
Ceykob 2018-ci ildə ayrılmadan əvvəl bir ildən çox müddət ərzində “The Kissing Booth” filmindəki həmkarı Coy Kinq ilə münasibətdə olub. Onlar filminin nümayişindən qısa müddət sonra ayrılıblar.

4) Zendaya
Ceykobun “Eyforiya” serialındakı həmkarı Zendaya ilə eşq yaşaması barədə ilk söz-söhbətlər 2019-cu ilin avqustunda, onların birlikdə Yunanıstanda istirahət etməsindən sonra ortaya çıxıb. Münasibətlərini gizlətməyə çalışsalar da, 2020-ci ilin yanvarında onları Amerika-Avstraliya İncəsənət Mükafatlarının təqdimetmə mərasimi münasibətilə keçirilən şam yeməyində qucaqlaşarkən görüblər. Bir neçə gün sonra isə cütlük Nyu-Yorkda öpüşərkən paparatsiyaların obyektivinə tuş gəlib. Ceykob və Zendayanın münasibətləri 2020-ci ilin yazında sona çatıb. Lakin onlar dostluq münasibətlərini qoruyub saxlayıblar.

3) Kaya Gerber
Ceykob Elordi və Kaya Gerberin münasibəti barədə ilk dəfə 2020-ci ilin sentyabrında danışılmağa başlanılıb. Həmin vaxt onları Nyu-Yorkda əl-ələ gəzərkən görüblər. Növbəti ay cütlük münasibətlərini rəsmən təsdiqləyib. Bir illik münasibətdən sonra cütlük 2021-ci ilin sentyabrında Akademiyanın Kino Muzeyinin açılışına həsr olunmuş qala gecəsində ilk dəfə birlikdə qırmızı xalça qarşısına çıxıb. 2021-ci ilin noyabrında isə onların ayrıldığı məlum olub.

2) Oliviya Ceyd
2021-ci ilin dekabrında Ceykob Elordi ilə yutuber Oliviya Ceydin sevgili olması barədə söz-söhbətlər onların birlikdə kofe içməsindən sonra yayılıb. Daha sonra, 2024-cü ilin yanvarında Ceykob və Oliviyanın ayrıldığı barədə məlumat yayılıb. Lakin sonradan bir mənbə onların ayrılıq xəbərlərinə baxmayaraq, hələ də münasibətdə olduqlarını bildirib. Bundan sonra cütlük fasilələrlə münasibətlərini davam etdirib və nəhayət, 2025-ci ilin oktyabrında birdəfəlik ayrılıb.

1) Kendall Cenner
Ceykob Elordi ilə Kendall Cennerin sevgili olması barədə ilk söz-söhbətlər onların mart ayında “Oskar” mükafatına həsr olunmuş “Vanity Fair” gecəsində birlikdə görüldükləri iddiasından sonra yayılıb. Daha sonra aprel ayında onlar “Coachella” festivalında yenidən birlikdə görüntüləniblər. O vaxtdan bəri cütlük bir neçə dəfə birlikdə görülüb. Onlar Havayda, Montesitoda görüş zamanı və hətta Yaponiyada belə birlikdə görüntüləniblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью