Icma.az bildirir, Axsham.az portalına istinadən.
Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopezin britaniyalı aktyor və komediya ustası Bret Qoldstinlə sevgili olduğu iddia edilir.
Axşam.az xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb. Bildirilib ki, birgə rol aldıqları “Office Romance” filminin çəkilişlərindən sonra yaxınlaşan cütlük Los-Ancelesdəki məclislərdən birinə qatılıb. Onlar tədbirə ayrı-ayrılıqda gəlsələr də, məkanı eyni avtomobildə tərk ediblər.
CeyLo və Bret yayılan iddialara münasibət bildirməyib.
Qeyd edək ki, Cennifer Lopez dörd dəfə ailə qurub. O, ötən ilin yanvarında isə aktyor Ben Afflekdən boşanıb.
Bret Qoldstin isə “Ted Lasso” serialındakı Roy Kent obrazı ilə tanınıb.