Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
56 yaşlı pop ulduzu Cennifer Lopez Fransanın Paris şəhərində görüntülənib.
OLAY yazır ki, hoteldən çıxarkən görüntülənən CeyLo tərzi ilə diqqət çəkib. Müğənni tamamilə qara rəngdə olan bir obrazla görüntülənib. Onun üzərində dərin sinə dekolteli qara paltar, dəri kəmər, qayışlı sandallar və “The Back Vault x David Webb” zinət əşyaları olub. Həmin aksessuarlar arasında dairəvi brilyantlarla bəzədilmiş platin və 18 karat sarı qızıldan hazırlanmış “David Webb” bilərziyi də yer alıb.