Ceymi Vardi Premyer Liqada klubunu dəyişə bilər

30.04.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Mövsümün sonunda "Lester Siti"dən ayrılacağını açıqlayan Ceymi Vardinin yeni klubu müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, ingilis futbolçu Premyer Liqada qalmaq istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Vulverhempton" Vardini heyətinə qatmağı planlaşdırır. "Canavarlar" yaxın zamanda 38 yaşlı forvardla danışıqlara başlayacaq.

Qeyd edək ki, Ceymi Vardi bu mövsüm "Lester Siti"nin heyətində meydana çıxdığı 33 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью