Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Hollivud aktyoru Robert Pattinson yeni Ceyms Bond obrazı üçün keçirilən kastinqdə iştirakına görə 1 milyon dollar qonorar alıb.
Axşam.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Üçillik müqaviləyə əsasən, aktyorun 76-98 milyon dollar arasında qazanc əldə edəcəyi gözlənilir. Ümumi gəlirinin isə 100 milyon dollara çatacağı proqnozlaşdırılır.
Məlumata görə, 40 yaşlı aktyor əvvəlcə rol üçün əsas namizədlər arasında olmayıb. Bu siyahıda Cek Louden, Kallum Terner və Coş O'Konnor yer alıb. Lakin studiya seçim etməkdə çətinlik çəkdikdən sonra Robert Pattinson və Nikolas Holt son anda kastinqə dəvət olunublar.