Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ceyms Bond" filmlərinin aktrisası Cudi Denç görmə qabiliyyətini itirdiyi üçün kino çəkilişlərindən uzaqlaşıb.
Axşam.az xəbər verir ki, 91 yaşlı britaniyalı aktrisa artıq filmlərdə çəkilə və teatr səhnəsinə çıxa bilmədiyini açıqlayıb.
“Oskar” mükafatlı sənətçiyə 2012-ci ildə yaşla bağlı makula degenerasiyası diaqnozu qoyulub. Xəstəlik zaman keçdikcə onun gündəlik həyatına daha çox təsir göstərməyə başlayıb.
“Artıq səhnədə oynaya bilmirəm. Filmlərdə çəkilə bilmirəm. Oxuya bilmirəm” deyə, aktrisa bildirib.
Hazırda Denç daha çox radio dinləməyə çalışır və diqqətini sağlamlıq problemi üzərində cəmləməməyə üstünlük verir.