Ceyms Bond un məşhur avtomobili RETRO SƏRGİDƏ

30.08.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Avtomobil sərgisində ilk dəfə iştirak edirəm. Qatılmaqda məqsədim uşaqlıqdan klassik avtomobillərə olan həvəsimdir".

Bunu Oxu.Az-a açıqlamasında bulvarda keçirilən retro avtomobillərin sərgisinə qatılan Məhəmməd Quliyev deyib.

"20 yaşım var. Gördüyünüz avtomobil "Triumph Spitfire MK-4" modelidir. İngiltərə istehsalıdır, 1978-ci ilə aiddir.

Bu modelin məşhurlaşması "Ceyms Bond"un ilk seriallarından sonra olub və mən də ilk dəfə onu orada görmüşdüm - "James Bond-1968" filmində.

Avtomobili Almaniyadan yeni gətirmişəm və Azərbaycanda ilk sahibiyəm. Təxminən bir ay olar ki, maşın məndədir və ilk dəfədir ki, bu sərgidə təqdim olunur", - deyə M.Qulev bildirib.

O qeyd edib ki, Almaniyada bu modelin qiyməti yaxşı vəziyyətdə 20-25 min avro arası dəyişir:

"Amma gətirilməsi ilə birgə ümumi xərcləri nəzərə alanda qiymət 35-40 min avroya qədər yüksəlir. Sərgiyə qatılan bütün retro avtomobil həvəskarlarına uğurlar arzulayıram".

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью