Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
“Titanik”, “Avatar”, “Terminator”, “Yadplanetlilər” və “Əsl yalanlar” filmlərinin rejissoru Ceyms Kameronun Ermənistanın paytaxtı İrəvanda keçirilməsi planlaşdırılan görüşü ləğv olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı olan “Mezzo Production” şirkəti məlumat yayıb.
Şirkətin bəyanatında bildirilib ki, satılan bütün biletlərin pulu beş iş günü ərzində avtomatik olaraq alıcıların ödəniş etdiyi hesablara geri qaytarılacaq. Bunun üçün əlavə müraciətə ehtiyac olmayacaq.
Təşkilatçılar yaranmış narahatlığa görə üzr istəyərək yaxın günlərdə əlavə məlumat verəcəklərini qeyd ediblər.
Qeyd edək ki, Ceyms Kameronun noyabrın 23-də Ermənistana səfər edəcəyi bildirilmişdi.
Murad İsmayıl