Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İngiltərənin “Everton” klubu mərkəz müdafiəçisi Ceyms Tarkovskinin sözləşməsini uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə imzalanan yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
İngiltərə millisinin sabiq üzvü 2022-ci ildən “Everton”da çıxış edir. 32 yaşlı oyunçu bu mövsüm komandasının heyətində 9 rəsmi matçda iştirak edib.