Icma.az bildirir, Azertag saytına əsaslanaraq. Bakı, 15 noyabr, AZƏRTAC İqlim dəyişmələri ilə mübarizədə maliyyə mühüm rol oynayır.
Ümumi hədəfimiz qlobal temperaturu 1,5 dərəcə hədəfində saxlamaqdır. Təbii ki, bu hədəfə çatmaq üçün bizə maliyyə lazımdır.
Bunu AZƏRTAC-a müsahibəsində Beynəlxalq Elektrotexnika Komissiyanın kommunikasiya üzrə direktoru Ceyms Vud deyib.O, təmsil etdiyi şirkətin ofisinin Cenevrədə yerləşdiyini qeyd edərək bildirib: “COP29-da öz pavilyonumuzla təmsil olunuruq.
Şirkətimizin elektrotexnika sahəsində olan standartlarının səviyyəsini COP29-da yüksəltməyə çalışacağıq.
Hesab edirəm ki, bu standartlar da iqlim maliyyəsinə öz töhfələrini verə, investorlar üçün etibarlı zəmin yarada bilər.
Bizim təşkilatımızın tərkibində elektrotexnika sahəsində çalışan bir çox mühəndis birləşib.
Onlar elektrotexnika standartlarını istehsal etməklə məşğuldurlar.
Bu standartlar hazırda istifadə etdiyimiz bütün elektrotexnika avadanlıqlarının içərisində, texnologiyanın istənilən hissəsində mövcuddur.