GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü, Təzəkənd kənd sakini Məmmədov Ruhlan Etibar oğlu yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.
Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.