Icma.az bildirir, Modern.az portalına istinadən.
Bu gün bəzi media orqanlarında yayılan "Ceyranbatan gölündən meyit tapıldı" məzmunlu heç bir rəsmi mənbəyə istinad olunmayan məlumat ictimaiyyətə yanlış təqdim olinub.
Modern.az xəbər verir ki, bunu İri Şəhərlərin Su Təchizatının Mətbuat xidmətindən bildiriblər.
Qurumun rəsmi açıqlamasında deyilir:
"Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə görə Mahir Ramazanov ürəktutma səbəbindən dünyasını dəyişib.
Allah rəhmət etsin.
Hörmətli media və sosial şəbəkə hesabları təmsilçiləri, İri Şəhərlərin Su Təchizatı ilə bağlı hər hansl informasiyanı yaymadan öncə qurumun mətbuat xidməti ilə dəqiqləşdirmənizi xahiş edirik".