Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ceyranbatan qəsəbəsinin sakinləri “Eko Park” yaşayış kompleksindəki internet xidmətindən narazıdır.
Gununsesi.info xəbər bu barədə vətəndaşlar sosial şəbəkədə paylaşım edib.
Həmin paylaşımı təqdim edirik:
“Şikayətim KATV1-dəndir. Bu gün Abşeron rayonunda 2-3 saata yaxın internet olmadı. İndi gecə saat 01:00-dır, Ceyranbatanda, “Eko Park” yaşayış kompleksində internet yoxdur. Operatora zəng etmişəm, deyir ki, qəza baş verib, xətt zədələnib və sabah gün ərzində bərpa olunacaq.
Operatora sual verdim ki, gecə vaxtı heç kim qazıntı və tikinti işi aparmırsa, xətt necə zədələnib və niyə internetin bərpası sabah gün ərzində nəzərdə tutulur?
Həmçinin soruşdum ki, internet olmayan saatlar başqa günlərlə əvəz ediləcəkmi? Operator isə bildirdi ki, əgər internet 24 saatdan çox kəsilərsə, həmin müddət nəzərə alınacaq. 7-8 saat, yaxud 10-12 saat internet olmayanda isə ödənişdən çıxılmır.
Belə olan halda sual yaranır: İnternet provayderləri xidmət haqqını vaxtı çatdıqdan sonra 24 saat ərzində ödəsələr, bu necə qarşılanar? Xidmət göstərilməyən saatların da nəzərə alınmasını və istehlakçının ödədiyi pulun qarşılığında xidmət almasını istəyirik”.
Günay