Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Abşeron rayonu ərazisində yerləşən Ceyranbatan su anbarından meyit tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində anbarın Saray qəsəbəsi istiqamətindəki hissəsində qeydə alınıb.
Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-cu il təvəllüdlü Ramazanov Mahir Tofiq oğlu olması müəyyən edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
M.Ramazanovun hansı səbəbdən su anbarına düşməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.