Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23.09.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Abşeron rayon Ceyranbatan qəsəbəsi, 1 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi baş verib.

Əldə etdiyimiz məlumata görə, təqribən dünən saat 20-21 radələrində baş verən hadisə zamanı Babək adlı şəxs Nihad adlı şəxsə bıçaqla xəsarət yetirib.

Nihadın ciddi xəsarət aldığı bildirilir.

Hər iki şəxs Ceyranbatan qəsəbəsinin sakinləridir.

Qeyd edək ki, hadisənin məktəbin həyətində baş verməsi onun mühafizəsinin zəif olduğunu deməyə əsas verir.

Məsələnin təfərrüatı ilə bağlı məlumat əldə etməyə çalışacağıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью