Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Ceyranbatan gölündən meyit tapılması ilə bağlı xəbərlər yayılıb.
İri Şəhərlərin Su Təchizatı agentliyi yayılan xəbərlə bağlı açıqlama yayıb:
"Bu gün bəzi media orqanlarında Ceyranbatan gölündən meyit tapılması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.
Ceyranbatan Su Təchizatı İdarəsinin su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Mahir Ramazanov iş otağında qəfil dünyasını dəyişib. Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarının və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar.
İlkin tibbi rəyə əsasən, Mahir Ramazanov ürəktutma səbəbindən vəfat edib.
Rəsmi açıqlamada mərhumun ailəsinə və yaxınlarına başsağlığı verilib.