Ceyranbatanda şagirdlər rotavirusa yoluxub YENİLƏNİB 3

29.10.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagirdin rotavirusa yoluxduğu məlum olub.

Gununesi.info xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

***

Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermiş hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.

Gununesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) APA-nın sorğusuna cavab olaraq bildirilib.

***

Bu gün Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagird dərs prosesi zamanı özünü pis hiss edib.

Gununesi.info xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Ceyranbatan 2 nömrəli tam orta ümumtəhsil məktəbindən məlumat verilib.

Bildirilib ki, məsələ məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb və təcili yardım xidmətinə məlumat verilib.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

***

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə 10 şagirdin zəhərlənməsi ilə bağlı məsələ üzərində araşdırma aparılır.

Gununesi.info xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sözügedən məsələ AQTA tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır.

***

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

Gununesi.info xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub.

Onların popkorndan zəhərləndiyi iddia olunur (Report).

Gununesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью