Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yük maşını piyadanı vurub.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 20-də səhər saatlarında baş verib. Belə ki, hərəkətdə olan “DAF” markalı yük avtomobilinin sürücüsü yolu keçən piyadanı vurub.
Qəza nəticəsində orta yaşlı piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ətrafdakı vətəndaşlar yaralıya ilkin yardım göstəriblər.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. İstifadəçilər bildiriblər ki, ərazidə tez-tez piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir.
Kadrlardan hadisənin baş verdiyi ərazidə piyada keçidi nişanının olduğu da görünür.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/228085.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar