Ceyrançöldə dəhşətli qəza: hərbçilərimiz həlak olub

27.11.2024

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Hadisə zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə avtomobildə vətəndaşların sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb ediliblər. Hadisə yerində vəziyyət qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı avtomobil ilə VAZ-2106 markalı avtomobil toqquşub. Deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılmış insanların olduğu müəyyən edilib.

Xilasedicilər xüsusi vasitələrdən istifadə edərək "Mercedes" avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yol-nəqliyyat hadisəsi zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Yanğınsöndürənlər hadisə yerində təhlükəsizlik tədbirləri görüblər. Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью