Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məşhur ingilis aktyoru Ceyson Steytemin baş rolda çəkildiyi yeni döyüş filmi “Arıçı 2”nin treyleri təqdim olunub.
OLAY yazır ki, 59 yaşlı aktyor filmdə “Adam Kley” obrazına qayıdır. Ekran əsərinin premyerasının 2027-ci ilin əvvəlində keçirilməsi planlaşdırılır.
Filmin rejissoru Timo Tyahjanto, ssenari müəllifləri isə Kurt Vimmer və Zak Penn olub. Yeni ekran əsərinin ilk filmin hadisələrini necə davam etdirəcəyi maraqla gözlənilir.