Cəzalanan futbolçular milliyə qayıdır

27.10.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəzalanan futbolçular milliyə qayıdır

İsveçrə millisinin heyətindən kənarlaşdırılan iki futbolçunun komandaya qayıtmasına icazə verilib.

QOL.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, saxta COVID-19 peyvənd sertifikatları əldə etdiklərinə görə cəzalandırılan Qranit Caka və Bril Embolo gələn aydan milliyə dəvət ala biləcəklər. Hər iki futbolçu ikiillik sınaq müddəti ilə 150 min İsveçrə frankı məbləğində şərti cərimə olunub.

Məlumata görə, Caka milli komandanın kapitanı olaraq qalacaq.

Qeyd edək ki, İsveçrə Millətlər Liqasının qrup mərhələsində 12 xalla liderdir. Komanda noyabrda Sloveniya və Şotlandiya ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью