Cəzalanan klub prezidenti postundan gedir Bir səhvdir ki, bu vəzifədə olmuşam

03.04.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan II Liqasında mübarizə aparan “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayev tutduğu postdan ayrıla bilər.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a klub rəhbərinin özü məlumat verib.

O, klub prezidenti olmasını səhv addım adlandırıb: "Mənim də qismətimə bu yazılmışdı ki, nə vaxtsa klub prezidenti olacağam. Ümumi gedişata baxacağıq. Gedə bilərəmmi? Hər şey mümkündür”.

Xatırladaq ki, AFFA İntizam Komitəsi II Liqada çıxış edən "Hypers Guba" klubunun prezidenti Ayaz Abdullayevi XIX turun "Ağdaş"la ev oyunundan sonra hakimi təhqir etdiyi üçün cəzalandırıb. Klub rəhbəri 3 oyun şərti olmaqla, 5 matçlıq diskvalifikasiya olunub, "Hypers Guba" isə 400 manat cərimələnib.

Qeyd edək ki, “Hypers Guba” hazırda 14 komanda arasında 36 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью