Cəzalandırlan serial vaxtından əvvəl BİTİR

09.12.2024

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Halit Özgür Sarı, Yurdaer Okur, Dolunay Soysert və Tayanç Ayaydın kimi uğurlu aktyorların yer aldığı Yabani serialı RTÜK-ün yayımı dayandırma qərarı ilə gündəmə gəlmişdi.

Ölkə.az Milli.Az-a istinadən xəbər ki, bu mövsüm final edəcəyi gözlənilən serialla bağlı yeni xəbərlər açıqlanıb. İzləyiciləri kədərləndirən qərardan sonra serialın final tarixi dəqiqləşib.

Son günlərdə Now TV-nin məşhur Yabani serialı üçün final qərarının gündəmə gəldiyi məlum idi. RTÜK-ün yayımı dayandırma qərarından sonra serialın iki həftə yayımlanmayacağı açıqlanmışdı.

Başlanğıcda 51-ci bölümdə final etməsi planlaşdırılan Yabani serialı cəzalar səbəbindən yayım axışında dəyişiklik etmək məcburiyyətində qalıb. Birsen Altuntaşın verdiyi xəbərə görə, serial 7 dekabrda yenidən ekrana qayıdacaq. Lakin 14 və 21 dekabr tarixlərində yayımı dayandırma cəzası səbəbindən izləyicilərlə görüşməyəcək. Böyük finaldan əvvəlki son bölüm olan 50-ci bölüm isə 28 dekabrda yayımlanacaq.

Yanvar ayında kanalların reklam tənzimləmələri üçün verilən fasilədən sonra Yabani 51-ci bölümü ilə final edəcək. Bu final, serialın hekayəsini tamamlayacaq və eyni zamanda izləyicilər üçün unudulmaz bir vida olacaq. olay.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью