Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
“Barselona”nın hücumçusu Rafinya Yaponiya ilə oyunda qırmızı vərəqə alıb. Sinqapurla matçı buraxacaq futbolçu buna baxmayaraq Braziliya millisinin düşərgəsini tərk etməyib.
QOL.az xəbər verir ki, 29 yaşlı futbolçu klubuna vaxtından əvvəl qayıtmaq əvəzinə, komanda ilə birlikdə toplanışın sonuna qədər qalmağa qərar verib.
“Sport” nəşrinin məlumatına görə, Rafinya kapitan kimi komanda yoldaşlarına nümunə olmaq və toplanışı kollektivlə birlikdə başa vurmaq istəyib. Bu qərarı Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti də təsdiqləyib.
Qeyd edək ki, Braziliya millisi Sinqapurla görüşdə 7:0 hesablı qələbə qazanıb.