Cəzası sərtləşdi, DÇ 2026 nın ilk oyunlarını buraxacaq

06.05.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Cəzası sərtləşdi, DÇ-2026-nın ilk oyunlarını buraxacaq

FİFA Argentina millisinin futbolçusu Canluka Pestianiyə tətbiq olunan cəzanı qloballaşdırıb.

QOL.az xəbər verir ki, "Reuters"in məlumatına görə, "Benfika"nın 20 yaşlı vingerinə verilən 6 oyunluq cəza artıq bütün rəsmi beynəlxalq turnirlərə şamil olunacaq.

Qeyd edək ki, futbolçu fevralda Çempionlar Liqasının pley-off mərhələsində "Real"la oyunda Vinisius Juniora qarşı irqçi davranışa görə UEFA tərəfindən cəzalandırılıb. İndi isə bu sanksiya FİFA-nın qərarı ilə qlobal xarakter alıb.

Bu səbəbdən Prestianni Argentina millisinin heyətinə çağırılsa, DÇ-2026-nın ilk oyunlarını buraxmalı olacaq.

Xatırladaq ki, Argentina millisi mundialda qrup mərhələsində Əlcəzair, Avstriya və İordaniya ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью