Championship in autsayderi Liverpul a qarşı

09.02.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə FA kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

İdman.biz xəbər verir ki, günün ilk qarşılaşmasında "Vulverhempton" səfərdə "Blekbörn"ə 2:0 hesabı ilə qalib gələrək 1/8 finala çıxıb.

"Championship"in autsayderi "Plimut" Premyer Liqanın lideri "Liverpul"la qüvvəsini sınayacaq.

Günün son oyununda Premyer Liqanın ortababları "Aston Villa" və "Tottenhem" üz-üzə gələcək.

İngiltərə
FA kuboku, 1/16 final
9 fevral
16:30 "Blekbörn" - "Vulverhempton" 0:2
19:00 "Plimut" - "Liverpul"
21:35 "Aston Villa" - "Tottenhem"

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью