Changan Azərbaycan ikinci filialını Babəkdə açdı | Icma.az
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fevralın 28-də "Changan Azərbaycan"ın Babək prospekti 74A ünvanında ikinci rəsmi satış mərkəzinin açılış mərasimi baş tutub.
Bununla da yeni bir mərhələnin başlanğıcını qeyd edən "Changan" Azərbaycanda fəaliyyətini genişləndirərək müştərilərinə daha yaxın olmağı hədəfləyib.
Açılışda "Changan"ın icraçı vitse-prezidenti İrven Li və nümayəndə heyəti iştirak edib.
Qeyd edək ki, "Changan"ın Azərbaycandakı tək rəsmi distribütoru olan "SR Auto" yalnız bir avtomobil şirkəti deyil - bazarın inkişafına yön verən, müştəri məmnuniyyətini əsas tutan və premium avtomobil həlləri təqdim edən bir qurumdur.
"Changan"ın Azərbaycandakı genişlənməsi də məhz "SR Auto"un gələcəyə baxış strategiyasının bir parçasıdır.
Brendin Babək filialının açılış mərasimində "SR Auto"un CEO-su Toğrul Paşayev çıxış edib.
O, yeni filialın açılışı ilə təkcə yeni bir avtomobil mərkəzi təqdim etmədiklərini, həm də müştərilərinə daha rahat və keyfiyyətli xidmət göstərmək üçün yeni imkanlar yaratdıqlarını bildirib.
Tam oxu
Xəbəri oxu