“Changan” əks yola çıxdı, skuter sürücüsü də ondan geri qalmadı VİDEO

19.08.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtın Heydər Əliyev prospektində, Olimpiya Stadionunun VİP giriş hissəsində qayda pozan sürücülər kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, görüntülər avqustun 19-da saat 08:09 radələrində qeydə alınıb.

Belə ki, 77-OK-808 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq yoluna davam edib. Bu zaman o, qarşıdan gələn avtomobilin yolunu kəsib. Görüntünü qeydə alan maşının sürücüsü siqnal verərək ona xəbərdarlıq edib.

Kadrlardan həmçinin “Changan”ın arxasında hərəkətdə olan skuter sürücüsünün də əks yola çıxaraq hərəkət etdiyi görünür.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью