Changan la Mitsubishi toqquşdu: ölən var

31.07.2025

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xızıda qəza nəticəsində bir nəfər ölüb.

Lent.az xəbər verir ki, hadisə Xızı-Giləzi avtomobil yolunun 27-ci kilometrliyində baş verib.

Məlumata görə, Rəfail Bünyatovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə Cəbrayıl Heydərovun idarə etdiyi “Changan Qiyuan Q05” markalı avtomobil toqquşub. Nəticədə sonuncunun avtomobilində olan sərnişin Zərqələm Əsədova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Xızı RPŞ-nin İQ-da Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtida istintaq aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью