“Changan” piyadanı vurub öldürdü Aeroport yolunda qəza

06.06.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib. Elvin Səfərlinin idarə etdiyi “Changan” markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью