Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Əslində, ChatGPT proqramları düzgün istifadə olunduğu təqdirdə olduqca səmərəli vasitədir.
Çünki bu proqramlar süni intellektin bir hissəsi hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Onun sözlərinə görə, gələcəkdə süni intellekt daha da formalaşdıqca, əgər düzgün istiqamətləndirilməzsə, eyni zamanda ciddi problemlərə də yol aça bilər: "Bu isə xüsusilə tələbə və şagirdlərdə tənbəlliyin formalaşmasına səbəb ola bilər.
Bu vəziyyət digər sosial platformalarla eynidir. Məsələn, YouTube həm səmərəli, həm də səmərəsiz ola bilər.
Əgər şagird vaxtını lazımsız videolara sərf edərsə, bu platforma onun üçün faydasız olacaq.
Amma əgər YouTube-dan dil biliklərini artırmaq, elmi məlumatlar əldə etmək və ya müəllimlərin hazırladığı tədris xarakterli qısa videodərslərə baxmaq üçün istifadə edərsə, bu, tam əksinə, onun inkişafına xidmət edəcək.
Eyni prinsip ChatGPT üçün də keçərlidir. Əgər bu proqram düzgün istiqamətləndirilərsə və məqsəd düzgün məlumat əldə etmək olarsa, faydalı nə