Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq. Yaxın zamanda ChatGPT-də reklamlar görünəcək.
OpenAI şirkəti reklam bloklarının birbaşa çat-botla yazışmaların daxilində test edilməsinə start verir.
Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir. Şirkət bunu “faydalı tövsiyələr” formatında təqdim edir.
Məsələn, istifadəçi yemək resepti istədikdə ChatGPT cavabın sonunda evə ərzaq çatdırılması ilə bağlı seçimlər təklif edə bilər.
Başqa bir ölkə haqqında sual verildikdə isə otel bronlama xidmətlərinə keçid linkləri göstərilə bilər.
Bu tip elanlar cavabın aşağı hissəsində yerləşəcək və xüsusi şəkildə işarələnəcək.
Reklamları deaktiv etmək üçün isə ChatGPT Plus, Pro və ya Enterprise abunəliyi lazım olacaq.
Bundan əlavə, 18 yaşdan aşağı istifadəçilərə reklam göstərilməyəcəyi bildirilir.