Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"ChatGPT" yaxın vaxtlarda istifadəçinin 18 yaşdan kiçik olub-olmadığını avtomatik müəyyən edə biləcək.
Axşam.az xəbər verir ki, bu barədə "OpenAI" şirkəti məlumat yayıb.
Alqoritm hesab sahibini yetkinlik yaşına çatmayan şəxs kimi dəyərləndirərsə, həmin istifadəçi üçün həssas məzmuna giriş məhdudlaşdırılacaq.
Bloklanacaq mövzular sırasında zorakılıq və qəddarlıq, riskli və təhlükəli davranışları təşviq edən viral çağırışlar, seksual xarakterli, romantik və ya zorakı rol oyunları, eləcə də ifrat gözəllik standartlarını, qeyri-sağlam pəhrizləri təbliğ edən kontent yer alacaq.
Sistem istifadəçinin yaşını söhbət mövzularının analizi və onun çatda aktiv olduğu saatlara əsasən proqnozlaşdıracaq.
Əgər "ChatGPT" səhv edərsə, yetkin istifadəçi yaşını "Persona" xidməti vasitəsilə təsdiqləyə biləcək.
Bunun üçün real vaxtda selfi çəkmək və şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunacaq.