ChatGPT daha bir gəncin ölümünə səbəb oldu

01.04.2026

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Böyük Britaniyada yaşayan 16 yaşlı Luka Uolkerin süni intellekt çatbotu ChatGPT ilə yazışmalarından sonra intihar etdiyi iddia olunur. Mayın 4-də baş verən hadisə ilə bağlı keçirilən məhkəmə iclasında yeniyetmə ilə süni intellekt arasındakı yazışmaların detalları açıqlanıb.

Məlumata görə, məktəb dəyişdikdən sonra həmyaşıdlarının təzyiqinə məruz qalan Luka psixoloji çətinliklər yaşayıb və bu dövrdə ChatGPT ilə ünsiyyət quraraq ondan məsləhətlər almağa başlayıb. İstintaq zamanı təqdim olunan yazışmalarda onun “sadəcə araşdırma aparıram” deyərək sistemin təhlükəsizlik filtrlərini keçdiyi bildirilib.

İddialara əsasən, çatbotun yeniyetməyə özünə zərər vermə ilə bağlı təhlükəli məlumatlar təqdim etdiyi və bunun faciə ilə nəticələndiyi qeyd olunur. Hadisə günü Luka ailəsinə “işə gedirəm” deyərək evdən çıxıb və dəmiryol stansiyasında özünü relslərin üzərinə atıb.

Araşdırma zamanı məlum olub ki, o, telefonunda ailəsi üçün 14 ayrı vida mesajı saxlayıb. Ailə üzvləri isə onun psixoloji problemlərindən xəbərsiz olduqlarını bildiriblər. Eyni məktəbdə iki il əvvəl oxşar hadisənin baş verdiyi də qeyd edilir.

Hadisədən sonra açıqlama verən OpenAI nümayəndəsi bildirib ki, ChatGPT-nin emosional və psixoloji çətinlikləri aşkar etmə, istifadəçiləri sakitləşdirmə və real dəstək mənbələrinə yönləndirmə qabiliyyətləri üzərində işlər davam etdirilir.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью