ChatGPT də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq (Foto)

03.10.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

OpenAI şirkəti ChatGPT-yə geyim və aksesuarları virtual şəkildə sınaqdan keçirmək funksiyası əlavə edib.

Milli.Az xəbər verir ki,İstifadəçilər selfi və ya tamboy fotolarını yükləyərək seçdikləri geyimlərin üzərlərində necə göründüyünü görə biləcəklər. Həmçinin internetdəki istənilən geyimin ekran görüntüsünü yükləyib onu öz fotolarında göstərməyi istəmək mümkündür.

Yeni funksiya oktyabrın 1-dən etibarən bütün dünyada istifadəyə verilib.

Bununla yanaşı, istifadəçilər bəyəndikləri məhsulları "Seçilmişlər" bölməsində saxlaya bilərlər. Şəxsi fotoların model təlimində istifadəsini istəməyənlər isə bu seçimi parametrlərdən deaktiv edə bilərlər.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью