ChatGPT də problem yarandı

03.09.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

"OpenAI" şirkətinin süni intellekt əsaslı "ChatGPT" çat-botunun fəaliyyətində bir sıra ölkələrdə texniki nasazlıq müşahidə olunub.

Axşam.az xəbər verir ki, bu barədə “Downdetector” platformasının məlumatında bildirilib.

Qeyd olunub ki, ən çox şikayət ABŞ-dən daxil olub. Burada təxminən 35 min istifadəçi "ChatGPT"nin fəaliyyətində problem yaşadığını bildirib. Müraciətlərin 80 faizi saytın işləməsi ilə bağlı olduğu halda, 7 faiz istifadəçi mobil tətbiqdə çətinliklərlə üzləşib.

Nasazlıqla bağlı şikayətlər digər ölkələrdən də qeydə alınıb. Belə ki, Böyük Britaniyada 12 minə yaxın, Fransada isə təxminən 5 min istifadəçi "ChatGPT" ilə bağlı problem yaşadığını bildirib.

Hazırda nasazlığın səbəbi ilə bağlı əlavə məlumat verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью