Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə son günlər "ChatGPT-də gündə 300 avro qazanıram" kimi reklam videoları sürətlə yayılmağa başlayıb.
BAKU.WS-in məlumatına görə, qısa videolarda naməlum şəxslər "sən hələ də süni intellektdən gəlir əldə etmirsən?" kimi cəlbedici suallar verir, daha sonra isə "daha ətraflı" ("Подробнее") düyməsi vasitəsilə izləyiciləri başqa səhifəyə yönləndirirlər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu tip reklamların əksəriyyəti dələduzluq məqsədi daşıyır.
Belə paylaşımlar çox vaxt saxta platformalar və ya "AI investisiya layihələri" adı altında insanlardan şəxsi məlumat və bank kartı məlumatlarını toplamaq üçün yaradılır.
İT üzrə ekspertlər bildirirlər ki, qanuni onlayn qazanc yolları heç vaxt "bir neçə günə yüzlərlə avro" vəd etmir.
Real gəlir yalnız freelancer işi, məzmun istehsalı, xidmət satışı və ya reklam gəlirləri hesabına mümkündür.
Bu tip reklamlar isə çox vaxt psixoloji manipulyasiya üzərində qurulur - insanlarda asan qazanc istəyi yaradaraq onların diqqətini cəlb edir.