ChatGPT dən istifadə edənlərin 85% i kişilərdir

30.01.2025

Icma.az, Anews portalına istinadən məlumatı açıqlayır.

Bu günə qədər ChatGPT 353 milyon dəfə endirilib. Bu barədə TechCrunch məlumat yayıb.

Smartfonlarda süni intellekt istifadəçiləri 2024-cü ildə süni intellekt tətbiqlərinə 1,42 milyard dollar xərcləyiblər ki, bu da 2023-cü illə müqayisədə 274% çoxdur. 

ChatGPT istifadəçilərinin 84,5%-i kişidir. ChatGPT-nin mobil tətbiqi istifadəçilərinin yarısından çoxu 25 yaşdan kiçikdir. İkinci ən böyük yaş qrupu 50-64 yaş arası istifadəçilərdir.

Hazırda ChatGPT-yə Çin yaratdığı DeepSeek proqramı  rəqib olaraq bazara çıxarılıb. 


Gülnar 
www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью