Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. ChatGPT ilə "dostlaşanlar" EHTİYYATLI OLUN!
Məlumatlarınız oğurlana bilər - AÇIQLAMA Hal-hazırda dünyada, eləcə də, Azərbaycanda ChatGPT çox məşhurdur.
İnsanların bir çoxu bu tətbiqə hətta sirlərini də danışır. Bəs görəsən bu, nə dərəcədə təhlükəsizdir?
Mövzu ilə bağlı İT mütəxəssizi Fərhad Mirəliyev Sonxeber.az – a açıqlama verib: "Bu, günümüzün aktual problemidir.
Bu tətbiqdən istifadə edən zaman proqnozların, qərarların verilməsi və ya müəyyən dataların sinifləşdirilməsi üçün data tələb edilir.
Çünki, ona data verməsən fəaliyyət göstərə bilməz. Əslində bu dataların istifadəsinə hər yerdə icazə verilir.
Çünki, burda ad/soyad istifadə olunmur. Tətbiqdə məlumatlar A şəxsi, B şəxsi və.s kimi qəbul edilir. Buna qanunla icazə var.
Lakin burda ən böyük problem diskriminasiyadır. Yəni, müşahidə olunur ki, süni intellektin alqoritmləri insanın hər hansı xüsusiyyətini, cin