Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Süni intellekt texnologiyalarının tibbdə istifadəsi sürətlə genişlənir və bu, insanların sağlamlıqla bağlı məlumat əldə etmə vərdişlərini də dəyişdirir. Xüsusilə ChatGPT kimi sistemlər müxtəlif xəstəliklər barədə ümumi izahlar təqdim etdiyi üçün bir çox insan tərəfindən müraciət olunur. Lakin bu məlumatların peşəkar tibbi diaqnoz və müalicəni əvəz etməsi mümkün deyil. Çünki hər bir insan orqanizmi fərqlidir və xəstəliklər fərdi yanaşma tələb edir. Bu səbəbdən süni intellektdən istifadə zamanı ehtiyatlı yanaşma olduqca vacib hesab olunur.
Məsələ ilə bağlı tibb məsələləri üzrə ekspert Şahvələd Məmmədov Demokrat.az-a bildirib ki, belə məsələlərdə süni intellektdən istifadə son dövrlərdə geniş yayılmağa başlayıb və insanlar bəzən özünü müalicə məqsədilə bu texnologiyaya müraciət edirlər:
"Nəzərə almaq lazımdır ki, hər bir xəstənin fərdi xüsusiyyətləri var və müalicə yanaşmaları da buna uyğun olaraq dəyişir. Buna görə də süni intellektdən, o cümlədən ChatGPT-dən istifadə edərək özünü müalicə etmək, özünə dərman seçmək və ya tətbiq etmək bəzən ciddi fəsadlara səbəb ola bilər. Tibbdə əsas prinsip ondan ibarətdir ki, xəstəliyi deyil, xəstəni müalicə etmək lazımdır və bu yanaşma hər bir halda fərdi yanaşma tələb edir. Bu prinsipə əsaslandıqda süni intellektin təqdim etdiyi məlumatların hər zaman tam dəqiq və uyğun olmaya biləcəyi aydın olur".
Ekspert deyib ki, süni intellekt sistemləri ümumi məlumat bazasına əsaslanır və konkret pasiyentin vəziyyətini tam qiymətləndirə bilmir:
"Bu isə yanlış nəticələrin və qeyri-dəqiq tövsiyələrin ortaya çıxma riskini artırır. Sağlamlıqla bağlı qərarların verilməsində həkimlərin peşəkar rəyinə üstünlük verilməsi vacibdir. Ona görə də belə texnologiyalardan istifadə yalnız məlumat xarakterli olmalı, müalicə qərarlarını əvəz etməməlidir" ,- deyə o qeyd edib.
Ekspert bildirib ki, süni intellekt sistemləri yalnız ümumi məlumat bazasına əsaslanır. Bu texnologiyalar konkret pasiyentin real vəziyyətini, analiz nəticələrini və genetik faktorlarını tam qiymətləndirə bilmir. Nəticədə yanlış tövsiyələrin verilmə ehtimalı artır.
Şahvələd Məmmədov əlavə edib ki, sağlamlıqla bağlı qərarlarda həkim rəyi mütləqdir. Süni intellekt yalnız məlumatverici vasitə rolunu oynamalı, peşəkar müalicənin yerini tutmamalıdır.
Yəni, süni intellekt tibbi suallara cavab verə bilsə də, o həkim deyil. Orqanizmin fərdi xüsusiyyətlərini bilmədiyi üçün onun məsləhəti ilə dərman qəbul etmək sağlamlığınızı təhlükəyə ata bilər.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Məsələ ilə bağlı tibb məsələləri üzrə ekspert Şahvələd Məmmədov Demokrat.az-a bildirib ki, belə məsələlərdə süni intellektdən istifadə son dövrlərdə geniş yayılmağa başlayıb və insanlar bəzən özünü müalicə məqsədilə bu texnologiyaya müraciət edirlər: